Sabahdan Azərbaycanda beş gün ardıcıl iş olmayacaq

07, 11, 23
09:00

Sabahdan Azərbaycanda beş gün ardıcıl iş olmayacaq

Beləliklə, ölkədə ardıcıl 5 gün - 8,  9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günləri olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.

"Azərbaycan Reallığı" qeyd edir ki, noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.


9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.

Bizimlə əlaqə saxlayın