Deputat: "Köçkünlərə məcbur etməlidirlər ki, get öz doğma yurduna"

10, 11, 23
14:00

Deputat: "Köçkünlərə məcbur etməlidirlər ki, get öz doğma yurduna"

"Mənim Aqil Abbas olaraq ən böyük arzum qaçqınların və məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasıdır. Və bir söz də deyim ki, burada bir inzibatçılıq da olmalıdır. Məcbur etməlidirlər ki, get öz doğma yurduna". 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas TV-lərdən birinə müsahibəsində bildirib. 

"Parlamentdə bir söz dedim, təəssüf ki, onu qəribçiliyə saldılar. Ancaq yenə deyirəm ki, indi sovet dövründəki kimi, tələbə-inşaat dəstələri yaradılmalıdır. Onlar gedib Qarabağı tikməyə kömək etməlidirlər. Onlara müəyyən imtiyazlar da verilməlidir. Belə ki, institutu bitirdikdən sonra gedib həmin rayonlarda işləmək kimi, növbəsiz ev almaq kimi üstünlüklər bura daxil olmalıdır", - deputat əlavə edib.


Bizimlə əlaqə saxlayın