Azyaşlıya qarşı kobudluq görüntüləri - Loqopeddən açıqlama

10, 11, 23
16:30

Azyaşlıya qarşı kobudluq görüntüləri - Loqopeddən açıqlama

"Azərbaycan Realığı" xəbər verir ki, Bakıda loqoped uşaqla kobud davranıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb:

“Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı”.

Daha sonra o, “Gördün ki, adamı necə tabe edirlər?” sözlərini işlədib. 

Loqoped Aysel Nəbiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülər yarımçıq yayılıb:

“Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır.

Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır”.



Bizimlə əlaqə saxlayın