Bakıda qızlar aksiya KEÇİRƏCƏK

11, 11, 23
17:00

Bakıda qızlar aksiya KEÇİRƏCƏK

Bakıda “Gücümüz cəsarətimizdədir!” adlı aksiya təşkil olunacaq.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, məqsəd qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkilidir.

Tədbir noyabrın 13-də saat 13.30-da Bakı şəhəri, Dənizkənarı Milli Parkın Azneft dairəsi hissəsindən yürüşlə başlayacaq. Daha sonra saat 14:00-da Dənizkənarı Milli Parkda (Kukla Teatrının arxası) rəsmi açılış mərasimi keçiriləcək və ardınca 6 idman növü üzrə (cüdo, karate, gimnastika, basketbol, şahmat, futbol) federasiyaların təlimçi və idmançılarının ustad dərsləri baş tutacaq.
 
Aksiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı və idman federasiyalarının dəstəyi ilə baş tutacaq.

Bizimlə əlaqə saxlayın