“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

16, 11, 23
10:17

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

15.11.2023-cü il tarixində Zəngilan rayon İcra Hakimiyyəti ilə Şərqi Zəngəzur regional Gənclər və İdman idarəsinin birgə  təşkilatçılığı ilə Zəngilan rayon 33 nömrəli məktəbin şagirdləri üçün "Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilmişdir.

"Azərbaycan Reallığı" xəbır verir ki, "Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır.

Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır", - deyə Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın məsul katibi Nərmin Hüseynzadə vurğuluyaraq mövzu ətrafında geniş çıxış edib.

Tədbirdə çıxış edən digər natiqlər də dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.

Bizimlə əlaqə saxlayın