Məşhur iş adamının oğluna “stop” qoyulur

17, 11, 23
13:30

Məşhur iş adamının oğluna “stop” qoyulur

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin qanuni təmsilçisi sahibkar Orucov Anar Rəsul oğlu məhkəməyə verilib.

“Azərbaycan Reallığı”nın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsi A.Orucovla bağlı məhkəməyə müraciət edib.

Məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatdır.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, A.Orucov Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru Rəsul Orucovun oğludur. R.Orucovun adı sabiq Baş Prokuror Zakir Qaralovun biznesinin idarə olunmasında da çəkilir.


Xatırladaq ki, bir müddət əvvəl mətbuatda R.Orucovun vergi borcuna görə həbs olunması ilə bağlı xəbərlər dərc olunmuş, özü isə bunu inkar etmişdi.

Bizimlə əlaqə saxlayın