Azərbaycanda işsizlərin sayı açıqlandı

18, 11, 23
16:30

Azərbaycanda işsizlərin sayı açıqlandı

2023-cü il noyabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 247,3 min nəfər olub.

"Azərbaycan Reallığı" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, iqtisadi fəal əhalinin 4 960,4 min nəfərini məşğul əhali, 286,9 min nəfərini isə işsiz əhali təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə isə muzdla çalışan işçilərin sayı 1 719,8 min nəfər olub. O cümlədən iqtisadiyyatın dövlət sektorunda 890,9 min nəfər, qeyri-dövlət sektorunda isə 828,9 min nəfər işçi çalışıb.

Bizimlə əlaqə saxlayın