Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür

22, 11, 23
20:30

Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati binanın inşası üçün tikinti işlərinə başlanılacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.

Artıq Ədliyyə Nazirliyi bununla bağlı tender də elan edib və tikinti işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Yeni inzibati binanın harada yerləşəcəyi açıqlanmayıb.

Tikinti işləri başa çatdıqdan sonra məhkəmə yeni inzibati binaya köçürüləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi, 30 ünvanında yerləşir.

Bizimlə əlaqə saxlayın