Köhnə binaların həyətlərindəki qarajlar söküləcək? - AÇIQLAMA
Köhnə binaların həyətlərindəki qarajlar söküləcək? - AÇIQLAMA
Paytaxtın müxtəlif küçələrində hələ də istismarda olan köhnə binaların həyətində ard-arda düzülən maşın qarajları digər sakinlərin avtomobillərini parklamalarına maneə yaradır. Geniş ərazini zəbt edən bu dəmir, beton “kümələr”in çoxu ya istifadəsiz şəkildə qapısı qıfıllı buraxılıb, ya da anbara çevrilib. Əksəriyyətinin isə sənədi yoxdur. Yaşayış binalarının həyətlərinin bu cür zəbt edilməsi təhlükəsizlik baxımından da əlverişli deyil. Qarajların bəziləri hətta satılaraq “moyka” kimi istifadə edilir. Onları öz mülkiyyətinə çevirən sakinlər isə köhnə binalar sökülərkən müqabilində əlavə ödəniş alacaqlarını deyirlər. Bu mənzərədən narahat olan vətəndaşlar qarajların aidiyyəti qurumlar tərəfindən yığışdırılmasını tələb edirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan Reallığı"na açıqlamasında deyib ki, xüsusilə 20-25 il əvvəl qaraj tikilməsi dəb halını almışdı: