İştahına güc gələ bilməyənlər bu analizi versin

25, 11, 23
10:30

İştahına güc gələ bilməyənlər bu analizi versin

Bütün günü yemək istəyi, aşırı iştah heç də təkcə kökəlmək səbəbi deyil, həm də xəstəlik əlamətidir.

“Azərbaycan Reallığı” xəbər verir ki, endokrinoloq Marina Maksimova iştahın gizli diabet ola biləcəyini açqlayıb.

“Əgər gizli diabet inkişaf edirsə, analiz qanda şəkəri yüksək göstərməyə bilər.


Çünki gizli diabetdə qlükoza səviyyəsi gecə saatlarda qalxır. Əgər xəstə səhər qan analizi versə, orda problem görülməyəcək.

Gizli diabetin əlamətləri kökəlmə, damaqda qanama, dişlərdə problem, ağızda quruluq, güclü susama ola bilər.

Dəridə qırmızı ləkələr, səpki, quruma, qaşınma olur. Sidiyə tez-tez gedir, yorğunluq hiss edir.

Diabeti vaxtında aşkar etmək lazımdır. Bunun üçün endokrinoloqa gedib bir sıra vacib analizlər verilməlidir: 3 aylıq şəkər, aclıq, toxluq, insulin və s.
Gizli diabet sonradan digər xəstəliklərə yol açır”.

Bizimlə əlaqə saxlayın