Bakıda bu ərazidə binalar sökülür - 400 AZN və mənzillər veriləcək

27, 11, 23
10:30

Bakıda bu ərazidə binalar sökülür - 400 AZN və mənzillər veriləcək

Bakının daha bir rayonunda binalar plana düşüb.

"Azərbaycan Reallığı"nın əldə etdiyi məluumata görə, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir.

28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək.

Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri tərk ediblər.

Bizimlə əlaqə saxlayın