Sabah üç rayonun qazı KƏSİLƏCƏK

28, 11, 23
18:00

Sabah üç rayonun qazı KƏSİLƏCƏK

Sabah Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq.
 
Bu barədə "Azərbaycan Reallığı"-na Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı noyabrın 29-də saat 08:00-dan etibarən işlər başa çatanadək “Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
 
Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın