XƏBƏRDARLIQ! Satışda saxta məktəbli formaları var - VİDEO

28, 11, 23
20:30

XƏBƏRDARLIQ! Satışda saxta məktəbli formaları var - VİDEO

Bakı tikiş evi ilə yanaşı bazarlarda və ticarət mərkəzlərində məktəbli formasının satışı həyata keçirilir. Üzərində Bakı tikiş evinin əmtəə nişanı olsa da geyimlər saxta və keyfiyyətsizdir. Formalar bir müddət istifadədən sonra yırtılır, rəngi dəyişir.

"Azərbaycan Reallığı" xəbər verir ki, məsələ ilə bağlı "Xəbərin olsun" verilişinə danışan Bakı tikiş evinin rəhbəri Fədail Rəhimov istifadə edilən parçaların Türkiyədən gətirildiyini bildirib.

O saxta geyimlərin tikiş evi ilə əlaqəsinin olmadığını bildirib:

"Aldığımız parçalarla valideynlərə qaranti veririk. Bizim dükandan aldığınız geyimlərdə 3-5-6 ay sonra rəngi getsə ya hər hansı bir problem olsa gətirin heç bir ödəniş etmədən biz sizə yeni forma verək.

Bir çox firmalar əmtəə nişanı olaraq bizim adımızı yazırlar. Bunu da hər yerdə satırlar. Lakin onlar bizim geyimlərimiz deyil".
Saxta və orijinal geyimi bir-birindən fərqləndirmək üçün onun parçasına və cib hissələrinə diqqət etmək lazımdır.


Bizimlə əlaqə saxlayın