yuxarı
Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi
02, 12, 23
09:00
Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida məhsulu kimi təqdim edilən “Samyun Wan” adlı kökəlmə üçün nəzərdə tutulan məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Bu barədə “Azerbaycan Reallığı”na Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, nümunələrin sınaq nəticələrinə əsasən, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilib:
“Həmin məhsulun istehsalında istifadəsi qadağan edilən bu yad kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsirlər göstərərək ciddi fəsadlar törədə bilir.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını alacaq”.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək