Tanınmış sığorta brokerinin Azərbaycandan çıxışına "stop" qoyulur

05, 12, 23
15:30

Tanınmış sığorta brokerinin Azərbaycandan çıxışına "stop" qoyulur

Tanınmış sığorta brokeri Göyçək Cavadovanın Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi G.Cavadovanın vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.


İş hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.


Məhkəmə ərizəni təmin etsə, G.Cavadovanın Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.


Qeyd edək ki, G.Cavadova “Odlar Yurdu Sığorta Brokeri” MMC-nin direktorudur. O, şirkəti 2014-cü ildə yaradıb.

Bizimlə əlaqə saxlayın