"Xalq Bank"ın sabiq İH üzvlərinə yeni vəzifə verilib? - AÇIQLAMA

06, 12, 23
14:00

"Xalq Bank"ın sabiq İH üzvlərinə yeni vəzifə verilib? - AÇIQLAMA

Kamran Məcidov, Natella Şahverdiyeva, Rumiyə Məmmədova, Nigar Biləndərli, Nazim İbarhimov, Nəbi Nəbiyev hazırda "Xalq Bank”ın İdarə Heyətinin üzvləridir.

"Xalq Bank”dan "Azərbaycan Reallığı"na verilən məlumata görə, Kərim Quliyev və Röyam Hüseynzadə bankdan uzaqlaşmayıb. 

Onlar "Xalq Bank”da fəaliyyətə davam edəcəklər. Kərim Quliyev Əməliyyatlara Nəzarət İdarəsinin rəisi və Röyam Hüseynzadə Hüquq İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.


Sayt qeyd edir ki, "Xalq Bank”ın İdarə Heyətinin iki üzvü - Kərim Quliyev və Röyam Hüseynzadə bu vəzifədən kənarlaşdırılmışdı.

Bizimlə əlaqə saxlayın