Bir müddət öncə sosial şəbəkələrdə “Vimay Klinikası” ilə bağlı yayılmış xəbər həllini tapdı

07, 12, 23
21:50

Bir müddət öncə sosial şəbəkələrdə “Vimay Klinikası” ilə bağlı yayılmış xəbər həllini tapdı

Estetik lor cərrah Şəhla Həsənova ilə Vətən Müharibəsi iştirakçısı Ümid Kərimli arasında olan məsələ ilə bağlı razılaşma əldə olunub.

Bir neçə ay öncə “Azərbaycan reallığı”na 44 günlük "İkinci Vətən Müharibəsi"nin veteranı Ümid Kərimli müraciət edərək Vimay Klinikasının direktoru və həkimindən narazılığını bildirərək şikayətini ictimailəşdirməyimizi xahiş etmişdi.  

Araşdırma aparıb xəbəri saytımızda yerləşdirmişdik və bir neçə xəbər saytları “Azərbaycan reallığın”dan götürərək sayt və səhifələrində paylaşmışdılar. 

Həkim Şəhla Həsənova və veteran Ümid Kərimli arasında anlaşılmamazlıq həllini tapdığına görə saytımızda Ümid Kərimlinin istəyi ilə "Vimay Klinikası" ilə bağlı yerləşdirdiyimiz xəbəri aradan qaldırdıq.

Həkim Şəhla Həsənova xəstəsi olan Ümid Kərimliyə hər bir xırdalığı üz-üzə izah edərək uğursuz əməliyyatın olmadığı aydınlaşdı.

Hər iki tərəfi bir araya gətirərək məsələnin həllini daha dərindən araşdıraraq sizlərə çatdırdıq.

Xəbər sayıtlarında gedən yazıların silinməsini xaiş edib, xəstəxana direktoru və həkim görüşündən məmnun olub sonda xatirə fotosu çəkilib və Ümid Kərimli şəxsi işləri ilə əlaqədar onun foto üzünün görüməməsini xahiş edib.

Bizimlə əlaqə saxlayın