DİQQƏT! Bu şəxslərə 300 manat cərimə yazıla bilər

08, 12, 23
11:00

DİQQƏT! Bu şəxslərə 300 manat cərimə yazıla bilər

Dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə cərimə müəyyənləşir.

“Azərbaycan Reallığı” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Bizimlə əlaqə saxlayın