Yaşar Əliyev dəfn olundu

09, 12, 23
11:30

Yaşar Əliyev dəfn olundu

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dəfn olunub.

"Azərbaycan Reaallığı" xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Yaşar Əliyevlə vida mərasimi onun Bakıdakı evində keçirilib.


Mərasimində ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirakı edib.


Xatırladaq ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.


Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.


Qeyd edək ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atası, Milli Məclisib deputatı Siyavuş Novruzovun qayınatasıdır.

Bizimlə əlaqə saxlayın