Toyda çəkilən görüntü ciddi müzakirələrə yol açdı: "Məsələ araşdırılmalıdır" - FOTO

09, 12, 23
16:30

Toyda çəkilən görüntü ciddi müzakirələrə yol açdı: "Məsələ araşdırılmalıdır" - FOTO

Azərbaycanda toy məclislərindən birində çəkilən foto müzakirələrə səbəb olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, şadlıq evlərindən birində yemək masasının üzərindəki "çarmıxa çəkilmiş İsa" fotosu olan və xaç işarəsi formasındakı spirtli içki birmənalı qarşılanmayıb.
Bir çox sosial şəbəkə istifadəçisi alkoqollu içkinin bu formada hazırlanmasını “ayıb” və “xristianlara hörmətsizlik” adlandırıb.


“O bizim də peyğəmbərimizdir”, “bizimkilər İsanı peyğəmbər olaraq görmür” deyənlərlə yanaşı, videonun ermənilərə məxsus olduğunu iddia edənlər də olub.


Müzakirələrə səbəb olan içki şüşəsinin ermənilərdən götürülmüş qənimət olduğu da iddialar arasındadır.


Həmçinin qeyd edilib ki, əgər bu ehtimal doğru olsa belə, sözügedən içkinin toy günü süfrəyə qoyulması etik deyil.


Sosial şəbəkə istifadəçiləri sözügedən butulkadakı içkinin konyak olduğunu, erməni aksizləri ilə Rusiyada və Avropada satıldığını söyləyiblər. 


Mənzərənin şahidi olanlar sırasında məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmalı olduğunu deyənlər də var.

Bizimlə əlaqə saxlayın