Külək Respublika stadionunun tavanını uçurtdu - Direktordan açıqlama

11, 12, 23
18:00

Külək Respublika stadionunun tavanını uçurtdu - Direktordan açıqlama

Paytaxtda əsən güclü külək zərərsiz ötüşməyib.

"Azərbaycan Realllığı" xəbər verir ki, ötən gecə küləyin təsirindən Tofiq Bəhramov adına Respublika Stadionunun tavanının bir hissəsi uçub.

Tofiq Bəhramov adına stadionun direktoru Tələt Məmmədov Ölkə.Az-a açıqlamasında artıq ərazidə iş aparıldığını deyib:


“Külək nəticəsində orada problem yaşanıb. Hazırda bu istiqamətdə işlər görülür. Dam örtüyü çox ağır bir material olduğundan bərpası bir neçə gün çəkə bilər”, - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın