Yeni il ərəfəsində hotellərdə qiymətlər ƏL YANDIRIR

12, 12, 23
16:00

Yeni il ərəfəsində hotellərdə qiymətlər ƏL YANDIRIR

Yeni il bayramı və  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı olaraq Azərbaycanda ardıcıl 7 gün (31 dekabr – 6 yanvar) qeyri-iş günü olacaq.

Bu da istirahət etmək istəyən, regionlarda müxtəlif hotellərə üz tutanlar üçün fürsət yaradıb. 

Restoranlar və Otellər Assosiasiyasının rəhbəri Samir Dübəndi "Azərbaycan Reallığı"na açıqlamasında bildirdi ki, Yeni il tətili ilə bağlı turizm bazarında aktivlik müşahidə olunur:

“Xaricə getmək daha çətin olduğundan regional bazara üz tutanların sayı artıb. Bu gün regionlarda olan beşulduzlu hotellərdə satışlar dayanıb. “Stop sell” prosesi müşahidə olunur”. 
Ekspertin sözlərinə görə, ötən illə müqayisədə hotellərin qiymətində 20-25% artım müşahidə olunur. Bu da təbii haldır, çünki əksər qida və s. qiymətlərində artım müşahidə olunub”. 


“İri hotellərlə yanaşı kiçik hotellərə, villalara da tələb artır ki, bu da onların qiymətinin artmasına səbəb olur. Düşünürəm ki, bu il müxtəlif qiymət çeşidləri təqdim olunub və öncədən planlaşdırma ilə cibimizə uyğun hotel xidməti tapa bilərik”, - deyə S. Dübəndi əlavə edib. 


Ekspert deyir ki, yerli turizm agentlikləri də təkmilləşməli, yeni xidmətlər təklif etməli və turizm zəncirində iştirak etməlidirlər: “Çünki təklif olunan xidmətlərin ötən illərlə eyni olduğunu, təkrarlandığını görürük”. 

Bizimlə əlaqə saxlayın