Bakıda şagird məktəb yollarının acınacaqlı vəziyyətini nümayiş etdirdi

14, 12, 23
09:00

Bakıda şagird məktəb yollarının acınacaqlı vəziyyətini nümayiş etdirdi


Bakının Qaradağ rayonu, Korgöz qəsəbəsində yağan yağışdan sonra yollar yararsız vəziyyətə düşüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə görüntülər məktəbli tərəfindən lentə alınaraq, sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, təhsil olcağının önündə palçıq çalalar yaranıb. Yaxınlıqdakı evlərin həyətləri su ilə dolub.
 
Şagird bildirib ki, məktəbə gedən zaman ayaqlarımız su, geyimlərimiz isə palçıq olur.
 
Qəsəbə sakinləri məsələ ilə bağlı dəfələrdə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.

Bizimlə əlaqə saxlayın