Bakıda avtobus tüstüləndi, sərnişinlərin halı pisləşdi - VİDEO/YENİLƏNİB

15, 12, 23
13:00

Bakıda avtobus tüstüləndi, sərnişinlərin halı pisləşdi - VİDEO/YENİLƏNİB

"Bakubus" MMC bu gün səhər saatlarında 6 nömrəli avtobusda baş vermiş tüstülənmə hadisəsi ilə əlaqədar məlumat yayıb.

Qurumdan "Azərbaycan Reallığı"na bildirilib ki, hadisə texniki nasazlıqdan dolayı baş verib:

"Bu gün saat 09:30 radələrində 6 nömrəli  marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan düşürülüb və avtobus qaraja yönləndirilib. Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur" - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın