Metronun keçmiş rəisi vəfat etdi

15, 12, 23
16:30

Metronun keçmiş rəisi vəfat etdi

"Bakı Metropoliteni" QSC-nin 5-ci rəisi olmuş, 50 ilə yaxın müddət ərzində əmək fəaliyyətini bu nəqliyyat növünə həsr etmiş Cəfər Yusifov vəfat edib.
 
Bu barədə "Azərbaycan Reallığı"na qurumdan bildirilib.
 
O, 1945-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsini "Qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi" ixtisası üzrə bitirib.


C.Yusifov Bakı metrosunda 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb, sonra tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi olub, 1993-cü ilin noyabrında Nazirlər Kabinetinin Qərarı ilə metronun rəisi təyin edilib, 1997-ci ilə qədər bu vəzifədə çalışıb, sonrakı illərdə əmək fəaliyyətini metroda müxtəlif vəzifələrdə davam etdirib.
 
C.Yusifov 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb, metroda göstərdiyi xidmətlərə görə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilib.
Allah rəhmət eləsin!

Bizimlə əlaqə saxlayın