Azərbaycana qış fəsli nə vaxt gəlir?

21, 12, 23
13:00

Azərbaycana qış fəsli nə vaxt gəlir?

Sabah Azərbaycana qış fəsli gəlir.

"Azərbaycan Reallığı" xəbər verir ki, qış günəşduruşu dekabrın 22-si saat 07:27-də olacaq.


Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq. 

Bizimlə əlaqə saxlayın