Quraqlıq təbii fəlakət hesab edilsin - Deputat

26, 12, 23
15:00

Quraqlıq təbii fəlakət hesab edilsin - Deputat


“Quraqlıq digər təbii fəlakətlərdən heç də az ziyan vurmur. Ona görə də quraqlıq zəlzələ, sel, daşqınlar kimi təbii fəlakət qrupuna aid edilərək qanunvericiliyə dəyişiklik edilsin”.

"Azərbaycan Reallığı" xəbər verir ki, belə bir təkliflə deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Onun sözlərinə görə, quralıq sel və doludan daha ciddi fəalkətlərə səbəb olur. 

“Quraqlıq nəticəsində su ehtiyatları tükəndiyindən daha çox kənd təsərrüfatına ziyan vurur. Ona görə də təklif edirəm ki, bununla bağlı aqrar sığortaya dəyişiklik edilsin və quraqlıq təbi fəlakət qrupuna daxil edilərək bundan ziyan çəkənlərin ziyanı sığorta ilə kompensasiya edilsin”, - deputat bildiirb.

Bizimlə əlaqə saxlayın