DİQQƏT! Bu tarixdə iş saatı qısaldıldı

28, 12, 23
12:00

DİQQƏT! Bu tarixdə iş saatı qısaldıldı

Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
 
Bu barədə "Azərbaycan Reallığı"na Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.


Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 30 dekabr tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.
 
“Əmək və Məşğulluq” altsistemində bu barədə işəgötürənlər üçün məlumat da yerləşdirilib.

Bizimlə əlaqə saxlayın