Bakının bu rayonlarının xəritəsi PUA-lar vasitəsilə hazırlanacaq

28, 12, 23
16:30

Bakının bu rayonlarının xəritəsi PUA-lar vasitəsilə hazırlanacaq

Bakının iki rayonunun xəritəsi PUA-lar vasitəsilə tərtib ediləcək.

"Azərbaycan Reallığı" bu barədə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzindəın məlumat əldə edib.


Paytaxtın Binəqədi və Nərimanov rayonları ərazisində PUA vasitəsilə Lidar çəkilişləri aparılacaq.
Həmçinin 3D stereo modeli yaradılacaq və vektorlaşdırılacaq, eləcə də naturada məlumatlar toplanıb və 3D ölçülü rəqəmsal kadastr xəritələri tərtib ediləcək.


Qeyd edək ki, LİDAR (işıq və radar cihazı) ultrabənövşəyi şüalardan lazer şüası şəklində işıq impulslarından istifadə edərək məsafə ölçmə və görüntüləmə texnologiyasıdır. Həmçinin elektromaqnit spektrinin görünən və infraqırmızı hissələridir. Bu işıq impulsları ölçmə altında olan obyekt tərəfindən adətən geri səpilmə yolu ilə əks olunur. LİDAR sensoru əks olunan işıq impulsun geri qayıtması üçün sərf olunan vaxtı ölçür və beləliklə, obyektlə özü arasında olan məsafəni hesablaya bilir. Bununla da yaydığı həmin impuls nöqtələri əsasında obyektin üçölçülü görüntüsü hazırlanır.


Bu texnologiya vasitəsilə skan olunmuş obyektlərin Point Cloud və onlardan 3D modellərinin (digital twin) hazırlanması, istənilən ərazinin avtomobil və ya dron üzərində quraşdırılmış LİDAR 3D lazer sensor skaner vasitəsilə mobil şəkildə skan olunması, relyef və yerüstü obyektlər haqqında 3D məlumatların toplanması, dron vasitəsilə ərazinin 3D xəritəsinin çəkilməsi, eləcə də binaların, tarixi abidələrin, zavod və fabriklərin, yolların, ərazilərin və s. yerdən və havadan 3D lazer skaner cihazlar vasitəsilə skan olunaraq məlumatların toplanması mümkündür.

Bizimlə əlaqə saxlayın