Bakıda fişəng evi yandırdı - VİDEO - YENİLƏNİB

01, 01, 24
09:00

Bakıda fişəng evi yandırdı - VİDEO - YENİLƏNİB

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.


Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub.

Bizimlə əlaqə saxlayın