Şəhidimiz Gəncədə dəfn edildi - FOTO

05, 01, 24
15:30

Şəhidimiz Gəncədə dəfn edildi - FOTO

Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, dəfndən əvvəl mərhumla yaşadığı evdə vida mərasimi keçirilib.
 
Mərasimdə hərbçinin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
 
Vida mərasimindən sonra H.İsmayılov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Bizimlə əlaqə saxlayın