Güclü külək Bakıda yaşayış binasının damını uçurub - FOTO

06, 01, 24
17:30

Güclü külək Bakıda yaşayış binasının damını uçurub - FOTO

Güclü külək Bakıda yaşayış binasının damını uçurub.

Bu barədə “Azərbaycan Reallığı”na Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.


Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar.

Bizimlə əlaqə saxlayın