Azərbaycanda yeni polis xidmətinin yaradılması TƏKLİF OLUNDU

11, 01, 24
12:30

Azərbaycanda yeni polis xidmətinin yaradılması TƏKLİF OLUNDU

Gürcüstan üzərindən və digər yollarla Azərbaycana daxil olub qanundankənar turizm şirkətləri yaradanlar var.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentliyi Assosiasiyasının Gəlmə Turizm Komissiyasının sədri Cəmilə Əliyeva deyib.


Onun sözlərinə görə, bu yolla qanunsuz miqrasiya fəaliyyəti ilə məşğuldurlar. 


"Bunlara investor fəaliyyəti ilə yox, daha çox dələduzluqla məşğuldurlar. Onlar  qanunsuz fəaliyyəti ilə ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Odur ki, bu cür halların qarşısının alınması istiqamətində işlər görülür", - Cəmilə Əliyeva deyib.


Azərbaycan Turizm Blogerləri Assosiasiyası İdarə heyətinin üzvü Mirsəməd Cəfərli isə turizm sektorunda baş verən qanunsuzluqların qarşısını almaq üçün turizm polisinin yaradılmasını təklif edib. 


O əlavə edib ki, bu polis DİN tərkibində də yaradıla bilər. 


"Digər ölkələrdə bu praktika mövcuddur və hesab edirəm ki, Azərbaycanda da olsa, yaxşı olar. Bu yolla turizm sahəsində baş verən qanunsuzluqları və çatışmazlıqları aradan qaldırmaq olar", - o qeyd edib.

Bizimlə əlaqə saxlayın