"Azərsığorta"nın baş ofisi yeni məkana köçürülüb

12, 01, 24
12:30

"Azərsığorta"nın baş ofisi yeni məkana köçürülüb

Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) baş ofisi yeni məkana köçürülüb.

Bu barədə "Azərbaycan Reallığı" "Azərsığorta"dan məlumat əldə edib.


Şirkət müştərilərinə bundan sonra yeni ünvanda (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31) xidmət göstərəcək.


Qeyd edək ki, Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildə Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sığorta (Azqosstrax) bazası əsasında yaradılıb.


2021-ci ildən Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətinə verilib.

Bizimlə əlaqə saxlayın