Səbuhi Məmmədli Yeni Klinikaya köçürüldü

12, 01, 24
18:00

Səbuhi Məmmədli Yeni Klinikaya köçürüldü

Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.
 
TƏBİB-dən "Azərbaycan Reallığı"na verilən məlumata görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Qeyd olunub ki, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
 
Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

Bizimlə əlaqə saxlayın