Azərbaycanda sərnişin və yük qatarlarının sürət həddi endirildi

13, 01, 24
11:30

Azərbaycanda sərnişin və yük qatarlarının sürət həddi endirildi

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.


Məlumatda bildirilib ki, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq:


“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik”.


Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.

Bizimlə əlaqə saxlayın