“Məmmədoğulları” MMC sakinlərin həyatını məhv edir- VİDEO/FAKTLAR

13, 01, 24
12:30

“Məmmədoğulları” MMC sakinlərin həyatını məhv edir- VİDEO/FAKTLAR

"Azərbaycan Reallığı" xatırladır ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. 

Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və quruluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin hər sahəsində hüquq və onun aliliyini uca tutulur, yoxsa tapdaqlar altına atılır?. Belə bir məsələlərlə bağlı az-çox məlumat əldə etmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayan Paşayev Koroğlu Abdulla oğlunun və bu şəxsin ailə üzvlərinin 2017-ci ildən üzüzə qaldıqları məşəqqətlər haqda məlumatları əldə etmək, məhz hər kəsin ümumi durum haqqında lazımi məlumatları əldə etməsinə imkan verəcək. 

Məsələn, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Koroğlu Paşayev tərəfindən müraciət daxil olub. Bu şəxs müraciətində qeyd edir ki, “Biz 2011-ci ildən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayırıq. Buna baxmayaraq, 2017-ci ildə Hacı Ramazan adlı şəxsin rəhbərlik etdiyi “Məmmədoğulları” MMC-nin əməkdaşları 35 000 klv -luq elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırdılar. Onlar atdıqları belə bir addımları ilə, birbaşa bizim ailəni olmazın dərdə saldılar. Çünki, həmin trosfarmatorun ətrafa buraxdığı elektrik şüalarının təsirindən, ailə üzvlərimizin hər birinin səhhətində ciddi problemlər əmələ gəlməyə başladı. Bununla bağlı aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər etsək də, bir kimsə bizim müraciətimizə əhəmiyyət vermədi. Bu gün bizim aidiyyəti dövlət qurumlarından xahişimiz və əsas tələbimiz ondan ibarətdir ki, trosfarmatorun yerini 50 m aralı məsafəyə dəyişdirsinlər. Faktdır ki, elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, ailə üzvlərimizin hər birində, ələlxüsus həyat yoldaşımda ürək xəstəlikləri yaradıb. Belə bir səbəbdən də, xeyli vaxtdır ki, yaşadığımız mənzili satıb köçmək istəyirik. Evimizi almaq istəyən şəxslər isə, yaşadığımız mənzilin pəncərəsindən iki mert aralı məsafədə yerləşən elektrik trosfarmatorunu görən kimi, məhz onlar bu yöndə fikirlərindən “vaz keçirlər”.

Bizimlə əlaqə saxlayın