Sexdəki yanğında ölənlərin sayı 7 nəfərə çatdı

15, 01, 24
18:00

Sexdəki yanğında ölənlərin sayı 7 nəfərə çatdı

Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 7 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bizimlə əlaqə saxlayın