Bakıda binanın lifti qırıldı - xəsarət alanlar var

17, 01, 24
10:00

Bakıda binanın lifti qırıldı - xəsarət alanlar var

Yanvarın 16-sı saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən "Azərbaycan Reallığı"na bildirilib ki, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.


Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bizimlə əlaqə saxlayın