Kimlərə sümük bulyonu və xaş olmaz?

18, 01, 24
13:00

Kimlərə sümük bulyonu və xaş olmaz?

Sümük bulyonunun şəfaverici xassələrini hamı bilir. Hətta son zamanlar cavan, sağlam qalmaq üçün kollageni sümük suyundan almaq trendə düşüb.

“Azərbaycan Reallığı” xəbər verir ki, endokrinoloq Zuhra Pavlova sümük bulyonu, bizdə xaşla bağlı miflərə aydınlıq gətirib.


“Sümük bulyonu adətən kollagen, zülal, kalsium mənbəyi kimi təbliğ olunur, dərini, sümükləri möhkəmlədir, cavanlaşdırır.


Onun insanı cavanlaşdırması barədə fikirlər eşitmək olar. Amma tövsiyə edərdim ki, elmi, tibbi mənbə olmadan, kimlərinsə fikrinə etibar etməyəsiz. Çox zaman bunlar miflər olur.


Hətta sümük bilyonunda kollagen varsa da, o heç vaxt içilərkən birbaşa dəri, sümük və ya oynaqlara çatmayacaq. Bu kollagen mədədə həll olub əriyib, aminturşularına parçalanır. Aminturşularına isə orqanizm özü harda lazımdır orda istifadə edəcək.

Bəzi xəstələrdə yağlı sümük suyu ağırlaşmalara da səbəb olur: təzyiqi qaldırır, böyrəkdə daş əmələ gətirir, öd durğunluğu, podaqranı artırır.


Sümük bulyonunu nəticə almaq üçün uzun müddət içmək məhz problemlərə səbəb ola bilər.
Bu zaman orqanizmdə purin adlı maddə çox yığılır. Nəticədə sidik turşusu çox miqdarda hasil olub, təzyiq,böyrək problemi, podaqra yaradır.


Həkimizlə məsləhətləşmədən belə eksperimentlər etməyin”.

Bizimlə əlaqə saxlayın