Bakı və Abşeron yeni televiziya yayımına keçəcək

19, 01, 24
13:00

Bakı və Abşeron yeni televiziya yayımına keçəcək

Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T2 standartlı televiziya yayımı keçiriləcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasının hesabatında bildirilib.
 
"Bakı şəhəri və Abşeron yarımadası ərazisində, həmçinin ölkəmizin bütün bölgələrində DVB-T standartlı yerüstü televiziya yayımından daha keyfiyyətli DVB-T2 standartlı televiziya yayımına keçilməsi üçün müxtəlif səviyyələrdə müzakirələr aparılmış, abonentlərin bu keçidə hazırlıq səviyyəsi öyrənilmiş, tərəfimizdən müvafiq arayış hazırlanmış və nəticə olaraq "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə birgə 2024-cü il ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı DVB-T2 standartlı HD formatlı sınaq yayımının həyata keçirilməsi qərara alınmışdır", - deyə hesabatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın