"Golden Kids Fashion" şəhid övladlarını mükafatlandırdı - FOTOLAR

23, 01, 24
12:30

"Golden Kids Fashion" şəhid övladlarını mükafatlandırdı - FOTOLAR

Golden_Kids_Fashion təşkilatçılığı ilə “Golden All Star  Awards 2024” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Layihənin əsas  məqsədi  uşaq və yeniyetmələrin simalarını tanıtmaq, onlara motivasiya vermək, onların istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.  

Tədbirin açılışında  Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bir çox tanınmış simalar yer alıb. Onlardan birdə Ermənilər Şuşa uğrunda gedən döyüşlərdə əsir götürülmüş, bir neçə gündən sonra yenidən ölkəmizə qaytarılan Azərbaycan Ordusunun hərbçisi Amin Musayevdə qonaqlar sırasında olub.
Aparıcı  Ceyhun Həsənli müxtəlif nominasiya üzrə mükafatları təqdim etmək üçün  fəxri  qonaqları "Sədəf Budaqova" "Tərlan Novxani" "Qurd" "Kəmalə Ağazadə" "Habil Əhmədov" "Gülmira Fərzəliyeva" və qalibləri səhnəyə dəvət etdi.

Şəhid ailələrini bütün xalqımızın qürur mənbəyi adlandıran  tədbirin təşkilatçıları  torpaqlarımızın azadlığı və vətənimizin ərazi bütövlüyü uğrunda fədakarcasına canlarından keçmiş qəhrəmanlarımızın övladlarının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.

Daha sonra şəhid övladları da daxil olmaqla diğər uşaqlar mükafatlarla təltif olundu.

Bizimlə əlaqə saxlayın