Azərbaycanda qaraçılar tərəfindən anasından alınıb diləndirilən uşağın dəhşətli həyatı - VİDEO

24, 01, 24
09:00

Azərbaycanda qaraçılar tərəfindən anasından alınıb diləndirilən uşağın dəhşətli həyatı - VİDEO

"Azərbaycan Reallığı" xəbər verir ki, Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki sayında dörd yaşında olarkən anası tərəfindən qaraçılara verilən Ümid Mənsimov öz həyat hekayəsini danışıb.

Hazırda kuryer kimi çalışan Ümidin sözlərinə görə, anası onu atdıqdan sonra qaraçılar tərəfindən diləndirilib, zorakılığa məruz qalıb.


“Məndən əlavə dörd uşaq var idi. Oğurlayıb diləndirdikləri uşaqlar da olurdu. Həmin uşaqlardan birini – Nicatı axtarıram. Ona çox işgəncə verirdilər. Qaşığı, şişi qızdırıb bədəninə basırdılar. Az pul gətirdiyimizə görə bizi döyürdülər”.


Ümidə verilən işgəncələri bilən qonşuların sayəsində o qaraçıların əlindən qurtularaq “Ümid yeri” uşaq sığınacağına yerləşdirilib, daha sonra isə övladlığa verilib.


Bizimlə əlaqə saxlayın