Virus Ceyranbatan su anbarından yayılır?

25, 01, 24
09:30

Virus Ceyranbatan su anbarından yayılır?


"Azərbaycan Reallığı"
qeyd edir ki, Bakı ərazisində “sarılıq” xəstəliyi kimi tanınan Hepatit A virusunun yayılması ilə bağlı xəbərlər bütün diqqətləri Ceyranbatan su anbarına yönəldib.

Virusun su anbarından yayıldığı iddia olunur.

AzTV-nin əməkdaşları məsələni yerində araşdırmaq üçün Abşeron yarımadasını su ilə təmin Ceyranbatan su anbarında olub.

Qeyd edilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə “Azərsu” ASC-nin sözügedən su anbarından səyyar laboratoriya vasitəsilə su nümunələri analiz edilib. Hər iki qurumun analizlərinin nəticəsi müqayisə edilib.

Reportajda içməli suyun təmizlənməsi prosesi, 15 parametr üzrə kimyəvi analiz və 2 parametr üzrə mikrobioloji analiz barədə məlumat verilib.

Bizimlə əlaqə saxlayın