DİN-dən məktəblilər arasındakı dava ilə bağlı AÇIQLAMA

25, 01, 24
17:30

DİN-dən məktəblilər arasındakı dava ilə bağlı AÇIQLAMA

Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində bir qrup məktəbli arasında dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.
 
DİN mətbuat xidmətinin inspektoru polis kapitanı Nurlan Əliyev "Azərbaycan Reallığı"na bildirib ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
 
Hazırda araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın