Xəzər dənizində zəlzələ baş verdi

27, 01, 24
13:00

Xəzər dənizində zəlzələ baş verdi

Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.  

Bildirilib ki, yanvarın 26-da 23:11-də qeydə alınan zəlzələnin episentri 62 kilometr dərinlikdə yerləşib.

Bizimlə əlaqə saxlayın