Azərbaycanda diləndirilən uşaq polisə yalvardı - FOTO

29, 01, 24
11:00

Azərbaycanda diləndirilən uşaq polisə yalvardı - FOTO

Azərbaycanda zorla diləndirilən uşaq polis əməkdaşlarından kömək istəyib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə  Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə paylaşım edib. O bildirib ki, 9 yaşlı uşaq qazandığı puldan özünə yemək xərci götürdüyü üçün döyülüb:

"Sadəcə gözlərini görməyinizi istədim. Metropolitenin polis əməkdaşları tərəfindən aşkarlanıb. Dediyinə görə 9 yaşı var. Polis əməkdaşına evinə dönməmək üçün yalvarıb. Demək, bu uşaq dəhşətlər yaşayıb, təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var. Hər gün 70 manatdan çox pul qazanıb. O puldan yemək xərci üçün özünə götürəndə anası döyüb, bu azmış kimi hər dəfə atasına da döydürüb. Valideynlər cəzalanmalıdır", - deyə o bildirib.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Ölkə.Az-ın sorğusuna cavab olaraq məsələnin araşdırıldığını bildirib. 

Bizimlə əlaqə saxlayın