Restorana oğurluğa getdi, içki içib yatdı, yaxalandı - Bakıda ilginc olay

29, 01, 24
15:30

Restorana oğurluğa getdi, içki içib yatdı, yaxalandı - Bakıda ilginc olay

"Azərbaycan Reallığı" xəbər verir ki, Bakının Badamdar qəsəbəsində yerləşən "Altay" restoranından oğurluq etmək istəyən şəxsə hökm oxunub. 

Hadisəni 1991-ci ildə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuş Rəşad Fərəcov (ad-soyad şərti) törədib.

Rəşad Fərəcov restoranda bir ildən artıq ofisant işləyib. Ofisant kimi fəaliyyət göstərən həmin şəxsin restoranın sahibi ilə münasibətləri pisləşib və işdən azad edilib. Qisas almaq məqsədi ilə restorandan oğurluq etmək qərarına gəlib. 

Bu məqsədlə obyektin əsas giriş qapısının şüşəsini sındıraraq içəri daxil olub. O, restoranda olduğu zaman spirtli içki qəbul edib, sərxoş vəziyyətdə müxtəlif əşyaları sellofan paketlərə yığıb, sonra zalda yuxuya gedib. Səhər saatlarında "Altay" restoranın işçiləri onu zalda görüb və polisə məlumat veriblər.

Rəşad Fərəcov niyyətinin restoranda spirtli içki qəbul etməkdən ibarət olduğunu, əvvəlcədən oğurluq etməyi planlaşdırmadığını bildirib. Bütün əşyalar geri qaytarılıb və əməlindən peşmandır.

Məhkəmənin hökmü ilə Rəşad Fərəcov Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Bizimlə əlaqə saxlayın