Duzu azaltsaz, bu 3 xəstəlik aradan qalxar

30, 01, 24
12:30

Duzu azaltsaz, bu 3 xəstəlik aradan qalxar

Ömrün uzunluğuna və sağlam qocalmaya mane olan təhlükəli xəstəliklər riskini azaltmaq üçün 3 addımı atmaq lazımdır.

“Azərbaycan Reallığı” xəbər verir ki, duzu kəskin azaltmaqla bunlardan xilas ola bilərsiz.

-Yüksək təzyiq, hipertoniya – duz bədəndə mayeni tutub saxlayır, ürəyi yükləyir, nəticədə təzyiq qalxır. Əgər təzyiqiniz daim 135 və yuxarıdırsa, duzu azaltmaq lazımdır. Bunun üçün yemək və süfrə duzunu adət etdiyinizdən 10-20% azaltmalısız.

- Böyrək, sidik kisə daşları, kristalları – duz çox yeyənlərin sidiyində zülal miqdarı artır, bu isə böyrək daşı xəstəliyini yaradır. Duzu hətta böyrəyi normal olanlar da azaltmalıdır.

- Beyin quruması, qocalıq demensiyası – qanda natrium nə qədər çoxdursa, koqnitiv pozulmalar və yaddaş azalması bir o qədər çox olur. Gündə 5 qramdan artıq duz qəbul edən yaşlıların 65 yaşdan sonra demensiya olması 40% artır.

Bizimlə əlaqə saxlayın