Bu ay Qarabağa neçə ailə köçürülüb? - RƏSMİ

30, 01, 24
13:30

Bu ay Qarabağa neçə ailə köçürülüb? - RƏSMİ

“Yanvar ayı ərzində işğaldan azad olunan ərazilərə 170 ailə köçürülüb”.

Bu barədə "Azərbaycan Reallığı"na Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru İbrahim Mirzəyev məlumat verib.

O bildirib ki, ayın yekunu olaraq daha 23 ailə (72 nəfər) Laçın şəhərinə köçürülüb və bununla da yanvar ayına olan köç prosesi yekunlaşıb:
“Nəzərinizə çatdırırıq ki, yanvar ayı ərzində beş köç karvanı ilə 147 ailə (577 nəfər) Füzuli şəhərinə köçürülüb.

Bu gün isə Laçın şəhərinə daha 23 ailə (72 nəfər) köçürülüb.

Növbəti aylarda da işğaldan azad olunmuş ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək”.

Bizimlə əlaqə saxlayın